UEFA-nın prezidenti Aleksander çeferin açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri, "Yuventus" klubunun prezidenti Andrea Anyelli haqda sərt ifadələr işlədib:
 
"Avropa Super Liqası layihəsinin yaradıcılarının xəyanəti? Mən xəyanət edənləri üç qrupa böldüm. Bunun birincisində Andrea Anyelli yer alır. Onunla məsələm şəxsidir. Mənim üçün artıq Anyelli deyə bir insan yoxdur. Onunla yaxşı münasibətlərimiz var idi, dost olduğumuzu düşünürdüm. Mənə narahat olacağım bir şey yoxdur deyirdi. üzümə qarşı yalanlar danışırdı. Yalandan and içə-içə artıq layihəyə çoxdan qol çəkmişdi".
 
Aprelin 18-də İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "çelsi" və "Tottenhem", İspaniyanın "Real", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları Avropa Super Liqası layihəsini yaradıblar. Layihənin qurucusu "Yuventus"dan Andrea Anyelli, "Real"dan Florentino Peres və "Mançester Yunayted"dən Ed Vudvord olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest