"Barselona"nın futbolçusu Kleman Lanqle yeni mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.
 
Matc.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi "Eurosport"a açıqlamasında deyib:
 
"ötən yay "Barselona" ilə yeni müqavilə imzaladım. Yeni mövsümdə də klubda qalacam".
 
Lanqlenin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 25 yaşlı müdafiəçi son mövsümdə 48 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest