Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, “Red Bull”un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
 
Meksikalı sürücü ilk dəfə Azərbaycan qran-prisinin qalibi olub. Bu, onun həm də 2021 mövsümündəki ilk belə uğurudur.
 
“Aston Martin”də çıxış edən Sebastyan Fettel ikinci, “Alfa Tauri”dən Pyer Qasli üçüncü yeri tutub. Hər üç pilot bu il ilk dəfə podiumda yer alıb.
 
“Mercedes”də çıxış edən 7 qat dünya çempionu Luis Hamilton son anda uğursuz cəhdlə yadda qalıb və yarışı 15-ci sırada bitirib.
 
Esteban Okon, Lans Stroll, Maks Ferstappen və Corc Rassel isə müxtəlif səbəblərdən mübarizəni erkən dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest