Futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda özünü yaxşı tərəfdən göstərdi. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət etdi. Bu qələbə bizə çox lazım idi. Məqsədimizə çatdıq. Azərbaycan millisinin heyətində vaxtilə "Neftçi"də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Onlar bu gün fəal idilər. ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı. Fürsətdən istifadə edib, "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest