Futbol üzrə milli komandalar arasında yoxlama oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir neçə belə görüş baş tutub.
 
Dç-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Lüksemburq yığması Şotlandiya ilə qarşılaşıb. Millimizin Moldovaya məğlub olduğu gündə, rəqibi də minimal hesabla uduzub.
 
İngiltərə seçməsi Rumıniya ilə qarşılaşmadan qalib ayrılıb. Niderland yığması Gürcüstanla qarşılaşıb və 3 cavabsız qola sevinib. Belçika və Xorvatiya yığmalarının duelində də birincilər sevinən tərəf olub.
 
Yoxlama oyunları
6 iyun
 
Avstriya – Slovakiya 0:0

Danimarka – Bosniya və Herseqovina 2:0

İngiltərə – Rumıniya 1:0

Lüksemburq – Şotlandiya 0:1

Niderland – Gürcüstan 3:0

Norveç – Yunanıstan 1:2

Belçika – Xorvatiya 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest