21 yaşakadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu il təşkil olunan qitə birinciliyi Almaniya yığmasının qələbəsiylə yekunlaşıb.
 
Sözügedən komanda həlledici oyunda Portuqaliya yığması ilə qarşılaşıb. Sloveniyanın Lyublyana şəhərində təşkil olunan və gürcü hakimlərin idarə etdiyi final matçının taleyini bir qol həll edib. Nmeçanın 49-cu dəqiqədə vurduğu qol almanlara Avropa çempionluğunu gətirib. Portuqaliya isə gümüş medallarla kifayətlənib.
 
Bu, Almaniya yığmasının tarixindəki üçüncü qitə çempionluğudur. Sözügedən komanda 2009 və 2017-ci illərdə də qitənin ən güclüsü olmuşdu. Rekord isə 5 dəfə çempion olmuş İspaniya və İtaliyanın U-21 yığmalarına məxsusdur. çempionluğu olmayan Portuqaliya yığması isə üçüncü dəfə vəsiqə qazandığı finalda məğlubiyyətə üzülüb. Bu kollektiv 1994 və 2015-ci illərdə də həlledici oyunda uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest