"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Breyne İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçilib. Matc.az xəbər verir ki, belçikalı oyunçu bu mükafata İngiltərə Peşəkar Futbolçular Birliyi (PFA) tərəfindən layiq görülüb.
 
29 yaşlı yarımmüdafiəçi bu mükafatı qazanmağa əsas namizədlər arasında komanda yoldaşları İlkay Gündoğan, Fil Foden və Ruben Diası, həmçinin Bruno Fernandes ("Mançester Yunayted") və Harri Keyni ("Tottenhem") qabaqlayıb. 
 
Qeyd edək ki, De Breyne ardıcıl ikinci mövsümdür PFA tərəfindən eyni mükafata layiq görülür. Daha öncə Tyerri Anri və Kristiano Ronaldo ardıcıl iki dəfə mövsümün ən yaxşı futbolçusu elan olunub.
 
İlin ən yaxşı gənc futbolçusu isə "Mançester Siti"nin digər üzvü Fil Foden seçilib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest