“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, paytaxt klubu seneqallı sol cinah yarımmüdafiəçisi Omar Qudiabi ilə razılığa gəlib.
 
26 yaşlı futbolçu müqavilə ilə Şimali Makedoniyanın “Şkupi” klubuna məxsusdur. Amma geridə qalan mövsümdə o, icarə əsasında bu ölkənin digər klubu “Pelister”inin uğurları üçün çalışıb.
 
Qudiabi 2019-cu ildən “Şkupi”də çıxış edir. O, daha öncə ölkəsində bir neçə komandanın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest