"Neftçi" PFK-nın 2021/22 mövsümünə hazırlıq planı müəyyənləşib. Matc.az xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq.
 
Komanda tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.
 
Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq "ağ-qaralar" Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites"də məskunlaşacaq. Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 18, 22, 25 və 29 iyunda olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
 
Qeyd edək ki, Azərbaycanı UEFA çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest