İngiltərə milli komandasının Aç-2020 üçün yekun heyətinə yeni futbolçu cəlb olunub. Matc.az xəbər verir ki, bir neçə gün əvvəl yoxlama oyununda zədələnən Trent Aleksander-Arnoldun əvəzinə milliyə "Brayton"dan Ben Uayt çağırılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, çexiya və Şotlandiya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest