"Neftçi" PFK müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
 
Mbodj "Neftçi"də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
 
Xatırladaq ki, "Neftçi" bundan əvvəl ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest