Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Matc.az verir ki, bu gün Azərbaycanın daha iki idmançısı xalça üzərinə çıxıb. 

Kişilər
73 kq

Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə qarşılaşıb. Cüdoçumuz həm bu rəqibini, həm də növbəti mərhələlərdə üz-üzə gəldiyi Yakub Jeçminek (çexiya) və Covanni Espozitonu (İtaliya) mübarizədən kənarlaşdırmağı bacarıb. Lakin Türkiyə cüdoçusu Bilal çiloğlu ilə qarşılaşma Hidayət üçün uğursuz alınıb. Bu üzdən də o, təsəlliverici görüşə çıxıb. Macarıstan təmsilçisi Mikloş Ungvari ilə görüşdən qalib ayrılan Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, həlledici döyüşünü Yaponiya təmsilçisi Soiçi Haşimotoya qarşı keçirib. Bu görüşdən məğlub ayrılan idmançımız 5-ci yerlə kifayətlənib.

Bu çəkidəki digər təmsilçimiz Nurlan Osmanovun rəqibi isveçli Tommi Masias olub. İlk cəhdindəcə uduzan cüdoçumuz mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest