Futbol üzrə Cənubi Koreya milli komandasının sabiq futbolçusu Yu San çol vəfat edib.
 
Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 50 yaşında dünyasını dəyişib.
 
Bu barədə Cənubi Koreya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Mərhum futbolçu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Yu San Cənubi Koreya millisində 124 oyuna 18 qol vurmuşdu. Keçmiş yarımmüdafiəçi yığmada bir müddət kapitanlıq sarğısını daşıyıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest