İtaliyanın "Verona" klubunda baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin "sükan"ı Eusebio Di Françeskoya tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Françesko ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Eusebio son olaraq "Kalyari"də baş məşqçilik edib. O, "Verona"da İvan Yuriçi əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest