İngiltərə Futbol Assosiasiyasına (FA) 157 illik tarixi ərzində ilk dəfə qadın rəhbərlik edəcək.
 
Matc.az xəbər verir ki, Debbi Hyuitt 2022-ci ildən FA-ya rəhbərlik edəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
"Royal Automobile Club" şirkətinin keçmiş icraçı direktoru Debbi "Liverpul" klubunun azarkeşidir.
 
FA-nın keçmiş rəhbəri Greq Klark 2020-ci ilin noyabrında irqçi qarşudurmaya görə vəzifəsindən ayrılıb. Hazırda Piter Makkormik FA-da sədr vəzifəsini icra edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest