Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.
 
Matc.az xəbər verir ki, bundan sonra oyunçuların əlləri və qolları ofsayd üçün nəzərə alınmayacaq.
 
Bu barədə İFAB-ın mətbuat xidməti məlumat yayıb. Offsayd üçün çiyin və qol arasındakı sərhəd qoltuğun alt hissəsi ilə təyin olunur: 
 
"çiyin qolun bir hissəsi kimi tanınmır. Buna görə də çiyinlə qol vurmaq mümkündür və ofsayd vəziyyəti qiymətləndirilərkən nəzərə alınmalıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest