Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi slovakiyalı futbolçu Marek Hamşiklə anlaşıb.
 
Bu barədə Trabzon təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. O, yeni komandasında "17" nömrəli formanı geyinəcək.
 
Hamşik həm 2021/22, həm də 2022/23 mövsümü üçün 1.5 milyon avro məvacib alacaq. Bundan əlavə o, "Trabzonspor"a azad agent statusu ilə keçdiyi üçün, hər mövsümdə əlavə 700 min avro imza pulu alacaq. Bir sözlə, təcrübəli futbolçunun yeni klubundakı iki illik ümumi qazancı 4.4 milyon avro olacaq. 
 
Hamşik daha əvvəl İtaliyada "Breşiya", "Napoli", çində "Dalyan İfan" klubunda çıxış edib. Slovakiya milli komandasının üzvü olan yarımmüdafiəçinin son klubu İsveç "Göteborq"u olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest