Fransa milli komandasının futbolçusu Kərim Benzema zədələnib. Matc.az xəbər verir ki, hücumçu Bolqarıstanla keçirilən yoxlama matçında sıradan çıxıb.
 
Benzema qarşılaşmanın 41-ci dəqiqəsində zədə səbəbiylə Olivye Jiru ilə əvəzlənib.
 
Benzemanın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Fransa yığması Jiru (2) və Antuan Qrizmanın qolları ilə Bolqarıstanı 3:0 hesabıyla məğlub edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest