UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkin ilə bağlı yekun qərarını açıqlayıb. Matc.az xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb. Lakin bu hadisənin üstü açılandan sonra qitə futbol qurumu araşdırmalara başlayıb. Məlum olub ki, Lapoçkinə rüşvət təklif edənlər "Ventpils" rəsmiləri imiş. Buna görə Latviya klubu 7 il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Belə ki, "Ventspils" 2027/28 mövsümünün sonuna qədər avrokuboklarda çıxış edə bilməyəcək. Klubun idman meneceri Nikolas Dyakins 4 il müddətinə cəzalanıb. "Ventspils"in prezidenti Adlan Şişxanov isə ömürlük cəzaya layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest