Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi İngiltərənin "Liverpul" klubundan ayrılan Corcinyo Veynaldumu heyətinə qatıb.
 
Bu barədə Liqa 1 nəhənginin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı niderlandlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Qeyd edək ki, Corcinyo Veynaldum 2016-cı ildən "Liverpul"da çıxış edirdi. O, Fransa təmsilçisinə azad agent kimi keçib. 
 
Niderland yığmasında 75 oyun keçirib, 22 qol vuran Veynaldum daha öncə "Feyenoord", PSV və "Nyukasl"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest