İspaniya La Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Atletiko"nun qapıçısı Yan Oblak ötən mövsümün ən yaxşı oyunçusu seçilib.
 
Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. Sloveniyalı qolkiper ölkə çempionatında son mövsümdə meydana çıxdığı 38 matçda 25 qol buraxıb, 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
 
Qeyd edək ki, Madrid "Atletiko"su son mövsümdə La Liqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest