izdə olan məlumata görə, komandanın baş məşqçisi Samir Abasov Səlahətin komandada qalmasında maraqlıdı. Mütəxəssis digər mövqelərdəki boşluqlar qalarkən isə qapıya yeni oyunçu axtarmağın lehinə deyil.

"Neftçi" bir neçə gündü məşqləri bərpa etsə də, komandanın qapıçısı Səlahət Ağayev hazırlıq prosesində iştirak etmir. Matc.az xəbər verir ki, buna səbəb onun komanda ilə yeni müqavilə imzalamamasıdı. Daha doğrusu, tərəflər ortaq məxrəcə gəlməkdə çətinlik çəkir. Futbolçu və klub yeni şərtlərdə anlaşma əldə edə bilmir.
 
Məsələyə yaxın günlərdə aydınlıq gəlməlidi. Daha doğrusu, komanda təlim-məşq toplanışı üçün Sloveniyaya yollanana qədər Səlahətlə bağlı yekun qərar veriləcək. Bizdə olan məlumata görə, komandanın baş məşqçisi Samir Abasov Səlahətin komandada qalmasında maraqlıdı. Mütəxəssis digər mövqelərdəki boşluqlar qalarkən isə qapıya yeni oyunçu axtarmağın lehinə deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest