"Zirə"nin futbolçusu Qismət Alıyev cərrahiyə əməliyyatı keçirib. Matc.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi İstanbulda qasıq nahiyəsindən əməliyyat keçirib.
 
Alıyevin 4 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest