Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov hazırda Şahdağda təlim-məşq toplanışında olan kişi cüdoçulardan ibarət milli komandamızın üzvləri ilə görüşüb. Matc.az xəbər verir ki, əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər.
 
Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri olimpiya oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb.
 
Qeyd edək ki, cüdoçularımız Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest