Bakı Olimpiya Stadionundakı tədbirdə müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Azərbaycanın tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında şef-redaktor vəzifəsində çalışan Rövşən Binnətlinin 60 illik yubiley mərasimi keçirilib. Matç.az saytının "Report"a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionundakı tədbirdə müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə yubileylə bağlı süjet nümayiş etdirilib. çıxış edənlər - "CBC Sport" telekanalının baş direktoru Volkan üst, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, "Neftçi"nin prezidenti Kamran Quliyev, AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov, olimpiya çempionları - Zemfira Meftahəddinova və videobağlantı ilə İqor Ponomaryov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, digər federasiya və klubların rəsmiləri ürək sözlərini və xatirələrini bölüşüblər.

Sonda R.Binnətli qonaqlara təşəkkürünü bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest