2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK ilk futbolçu keçidini reallaşdırıb.
 
Matc.az xəbər verir ki, əvvəllər də bu komandanın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb.
 
23 yaşlı futbolçu "74" nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında bu komandada çıxış edib. ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest