Türkiyənin "Qalatasaray" klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, İstanbul təsmilçisi sol cinah müdafiəçiləri Emre Taşdemir və ömər Bayram ilə yeni müqavilə bağlayıb.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Emre ilə 2, ömərlə 3 illik sözləşmə imzalanıb.
 
Taşdemir 2021/22 mövsümü üçün 4 milyon 400 min, 2022/23 mövsümü üçün isə 5 milyon TL məvacib alacaq. Bayram 2021/22 mövsümündə 6.5 milyon TL qazanacaqsa, sonrakı iki mövsümdə 7 milyon TL gəlir əldə edəcək.
 
ömər Bayram 2018-ci ildən "Qalatasaray"da çıxış edir. Niderlandda dünyaya göz açan, bu ölkənin "NAK Breda" klubunun yetirməsi olan 29 yaşlı müdafiəçi, daha öncə Türkiyədə "Kayserispor" və "Akhisar Bələdiyəspor"un da uğurları üçün çalışıb. ömər həm də Türkiyə yığmasına dəvət alır.
 
Emre Taşdemir isə 2019-cu ildən "Qalatasaray"dadır. 25 yaşlı futbolçu daha öncə "Ankaragücü" və "Buraspor" komandalarında forma geyinib. ömər kimi, Emre də Türkiyə millisinin üzvü hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest