O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən "Çjetszyan Qrintaun"a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və "Kocaelispor"a azad agent kimi keçəcək.

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu "Kocaelispor"la razılaşıb.
 
Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ndlovu yeni klubu ilə ilkin razılıq əldə edib.
 
Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən "çjetszyan Qrintaun"a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl çin klubu ilə yollarını ayırıb və "Kocaelispor"a azad agent kimi keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest