"Yuventus"la müqaviləsini yeniləməyən Canluici Buffonun yeni ünvanı məlum olub. Matc.az xəbər verir ki, 43 yaşlı qapıçı "Parma" klubuna keçib. 
 
Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buffonla 2 illik müqavilə imzalanıb.
 
"Parma"nın yetirməsi olan Buffon 1994-2001-ci illər aralığında bu klubda çıxış edib.
 
Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest