İspaniyalı müdafiəçi Serxio Ramos "Real"la vidalaşıb. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçunun Madrid klubunda son mətbuat konfransı keçirilib. Ramos konfrans zamanı danışarkən göz yaşlarını saxlaya bilməyib:
 
"Real"la vidalaşmağın vaxtıdır. Həyatımın ən çətin anlarından biridir. Bu, bir vidadan daha artıqdır. Nə vaxtsa geri qayıdacağımdan əminəm. "Real" hər zaman qəlbimdə qalacaq. Hər kəsə təşəkkür edirəm".
 
2005-ci ildən "Real"da çıxış edən Ramos klubla bitən müqaviləsini yeniləməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest