"Səbail" klubu müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il "dənizçilər"in formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Adil Nağıyev 2019-cu ilin avqustundan "Səbail"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest