Türkiyənin "Trabzonspor" klubu növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent statusu daşıyan Fode Koytanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qvineyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Koyta 2021/22 mövsümündə 1 milyon 100 min, 2022/23 mövsümündə 1 milyon 150 min, 2023/24 mövsümündə isə 1 milyon 200 min avro məvacib alacaq. Bundan əlavə, futbolçu hər mövsüm üçün 333 min avro imza pulu da alacaq.
 
Qeyd edək ki, Fode Koyta 2016-cı ildən "Kasımpaşa"nın uğurları üçün çalışırdı. Qvineya yığmasında da oynamış hücumçu, daha öncə "Monpelye", "Lans", "Havr", "Kan" və "Blekbern" klublarının da formasını geyinib.
 
"Trabzonspor" Koytadan öncə bu yay Jervinyo, Bruno Peres və Marek Hamşiki də transfer etmişdi.
 
Trabzon təmsilçisi öz futbolçularından Ahmet Canbaz ilə də yollarını ayırmağa qərar verib. 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. 2019-cu ilin yayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 mayında bitməli idi. Almaniyanın "Verder" klubundan gələn Ahmet Canbaza xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. O, bu komandada cəmi 10 oyuna çıxıb. Canbaz geridə qalan mövsümdə icarə əsasında "ümraniyəspor"da çıxış edib və 7 oyuna 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest