İtaliyanın "Milan" klubu bu ilin əvvəlində İngiltərə təmsilçisi "çelsi"dən icarəyə götürdüyü Fikayo Tomorinin transfer hüquqlarını da alıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İngilis stopperlə müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İtaliya mətbuatı "Milan"ın bu transfer üçün "zadəganlar"a 30 milyon avro ödəyəcəyini yazıb.
 
Qeyd edək ki, Tomori bu ilin yanvarında transfer olunduğu "Milan"da 22 oyuna çıxıb, 1 qola imza atıb. O, "çelsi"də olduğu dönəmdə icarə əsasında "Brayton", "Hall Siti" və "Derbi Kaunti"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest