"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Prmeyer Liqa təmsilçisi müdafiəçi Məqsəd İsayevlə də vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə müddəti bitən futbolçu ilə yeni anlaşma imzalanmayıb. "Səbail" futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
 
Məqsəd İsayev 2020-ci ilin yayından "Səbail"in uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 22 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest