Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İsveçrə ilə oyundan öncə itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Umut Meraş zədələnib.
 
Qardaş ölkə millisi bu gün "Bakcell Arena"da növbəti məşqinə çıxıb. Uelslə oyunda (0:2) sıradan çıxan Umut Meraş, bu məşqdə iştirak etməyib. O, Bakıda baş tutan həmin matçın 72-ci dəqiqəsində sıradan çıxmış və Mert Müldür ilə əvəzlənmişdi.
 
Türkiyə mətbuatının yazdığına görə, İsveçrə ilə oyunda müdafiənin sol cinahında ilk dəqiqələrdən məhz Mert Müldür mübarizə aparacaq.
 
İsveçrə – Türkiyə oyunu iyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu matça saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest