"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites"də məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
 
"Ağ-qaralar"ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
 
"Neftçi" toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda iyunun 21-də Sloveniyanın "Olimpiya" (Lyublyana), 29-da isə Rusiyanın "Spartak" (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib.
 
Qeyd edək ki, "Neftçi" UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena"da, cavab matçı isə iyulun 14-də "Bakcell Arena"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest