Bununla da Burak Elmas İstanbul klubunun 38-ci prezidenti olub. O, bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti müəyyənləşib. Matc.az xəbər verir ki, seçkidə 5 namizəd - Metin öztürk, İbrahim özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.
 
Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4731 şəxsin 1541-i Elması bu posta layiq görüb. Onun əsas rəqibi Eşref Hamamcıoğlu isə cəmi 41 səs az toplayıb.
 
Bununla da Burak Elmas İstanbul klubunun 38-ci prezidenti olub. O, bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest