Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, sözügedən klub xorvatiyalı müdafiəçi Mateo Baraçı transfer edib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Mateo Baraçın son klubu Avstriya "Rapid"i olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest