Futbol üzrə ABŞ birinci liqasında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "San Dieqo Loyal" ilə qarşılaşıb. "Finiks Rayzinq" bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Komandasının start heyətində meydana çıxan hücumçu 59-cu dəqiqədə əvəzlənib.
 
Cari mövsümdə keçridiyi 8 oyunda 16 xal toplayan "Finiks Rayzinq" hazırda ikinci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest