Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, yığmamız startda Fransa millisi ilə üz-üzə gəlib.
 
Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın qollarını 2 və 10-cu dəqiqədə Sabir Allahquliyev vurub.
 
Azərbaycan yığması D qrupunda Fransa, İsveçrə və Estoniya ilə mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest