UEFA "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin cəzasını açıqlayıb. Matç.az saytının məlumatına görə, çempionlar Liqasının qrup mərhələsinin "Ayaks"la son görüşündə qırmızı vərəqə alan ulduz futbolçu 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu isə o deməkdi ki, Müller 1/8 final mərhələsində "Liverpul"la keçiriləcək hər iki qarşılaşmanı buraxacaq. Lakin münhenlilər bu cəza ilə razı deyillər. Klub rəhbərliyi cəzanın 1 oyuna endirilməsi üçün müraciət edəcək.

Qeyd edək ki, Müller 3:3 hesabı ilə başa çatan oyunda epizodların birində təkiplə "Ayaks"ın üzvü Nikolas Talyafikonun başına vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest