"Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Düzdü, ilk məşqlər ağır olur. Antalya toplanışında özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm".

"Hazırlıqlara yeni başlamışıq, hər şey qaydasındadı". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin kapitanı Ruslan Abışov deyib.

Paytaxt klubunun bu gün keçirilən açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandıran Abışov hələ tam hazır olmadığını bildirib: "Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Düzdü, ilk məşqlər ağır olur. Antalya toplanışında özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm".

Milli komandamızın üzvü komandasının mövsümün ilk yarısındakı çıxışını da dəyərləndirib: "Komanda birinci yerdə gedir. Hər şey yaxşıdı. Kubok barədə danışmaq istəmirəm. Kənardan baxmaq mənim üçün çox çətin idi. Mən də bu klubun bir üzvüyəm. İnanıram ki, formamı bərpa edib əsas heyətə qayıdacam".

31 yaşlı müdafiəçi ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a məğlubiyyəti sürpriz hesab etmir: "Açığı, sürpriz deməzdim. Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"ın oyunlarında müsbət mənada inkişaf var. Bu da bizə çətinlik yaradırdı. "Sumqayıt" tamam başqa cür oynayırdı. İstəyirdim ki, mərhələni adlayan biz olaq. Artıq bir cəbhədə mübarizə aparırıq. çalışacağıq çempionluq uğrunda "Qarabağ" və digər komandalarla sona qədəq mübarizə aparaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest