utbol üzrə Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Taylan Antalyalı əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Türkiyə yığmasının Aç-2020-yə yollanan heyətində yer alan futbolçu İstanbula qayıdan kimi qasıq əməliyyatı keçirib. Əməliyyatın uğurlu keçdiyi bildirilib.
 
Yeri gəlmişkən qeyd edək ki, "Qalatasaray" baş məşqçi postunda qalacağı dəqiqləşən Fatih Terimin rəhbərliyi altında yeni mövsümə hazırlığı davam etdirir. Artıq komandanın legioner hücumçusu Radamel Falkao da Türkiyəyə qayıdıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest