Türkiyənin "Qaziantep" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Doğan Erdoğan və çilili hücumçu Anxelo Saqalı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Anxelo Saqal "Qaziantep"ə "Dənizlispor"dan gəlib. Geridə qalan mövsümün yekununa əsasən bu komanda elita ilə vidalaşdığı üçün çilili hücumçu azad agent statusu alıb. 28 yaşlı futbolçu ötən mövsümün əvvəlindən Türkiyə klubunun uğurları üçün çalışırdı. Saqal Dənizli klubunda 36 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə "Paçuka"nın da formasını geyinib.
 
Doğan Erdoğan isə daha öncə "Trabzonspor" və "Rizəspor"da çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest