İngiltərənin "Norviç Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Verder"dən Milot Raşiçanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Raşiça Kosovo milli komandasının da üzvüdür.
 
"Norviç Siti" sabiq qapıçısı Anqus Qannı da geri qaytarıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı ingilis qolkiperlə də 4 illik müqavilə imzalanıb. Peşəkar karyerasına məhz "Norviç Siti"də başlamış Qann, 2018-ci ildən "Sauthempton"da çıxış edirdi. O, icarə əsasında "Stok Siti"nin də formasını geyinib.
 
 
Premyer Liqa təmsilçisi Qannı transfer etməklə yanaşı, öz qapıçısı Oryan Nilandla da yollarını ayırdığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest