Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqanın son qalibi "Alanyaspor"da çıxış edən Salih Uçanla razılıq əldə edib.

Bu barədə "Beşiktaş"ın vitse-prezidenti Emre Kocadağ açıqlama verib. O, türkiyəli yarımmüdafiəçi ilə razılaşdıqlarını bildirib.
 
27 yaşlı futbolçu daha əvvəl Türkiyədə "Bucaspor", "Fənərbaxça", İtaliyada "Roma", "Empoli" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest