Futbol üzrə Fransa milli komandası iki ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yığmanın müdafiəçiləri Luka Din və Lukas Hernandes sıradan çıxıb.
 
Bu barədə millinin baş məşqçisi Didye Deşam UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
 
Futbolçuların Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçiriləcək oyunda iştirakı hələ məlum deyil.
 
Fransa – İsveçrə matçı iyunun 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest