İlya ötən mövsüm "Olimp-Dolqoprudni" ilə 25 oyunda 4 qol vurub. Bu komanda Peşəkar Futbol Liqasının qalibi olub və 2021/22 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da bu komandanın üzvüdür.

Rusiyanın "Ximki" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu "Olimp-Dolqoprudni" olan azərbaycanlı futbolçu İlya Sadıqovla müqavilə imzalayıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
"Ximki"də daha bir azərbaycanlı futbolçu – Kamran Əliyev də çıxış edir.
 
"Ximki" Premyer Liqada ötən mövsümü 8-ci sırada bitirib.
 
İlya ötən mövsüm "Olimp-Dolqoprudni" ilə 25 oyunda 4 qol vurub. Bu komanda Peşəkar Futbol Liqasının qalibi olub və 2021/22 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da bu komandanın üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest