Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə açıqlama verib. 
 
Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.
 
O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: "Təəssüf ki, Ro-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi".
 
çingiz Hüseynzadə bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə onu da bildirib ki, idmançılarımız Yaponiyaya çarter reysi ilə yollana bilməyəcəklər: 
 
"Bu olimpiada tamam fərqlidir. Hansısa çarter reysi təşkil edə bilməyəcəyik. Hava limanlarında ehtiyatlı olmaq lazımdır. Dünən cənab Prezidentlə danışdım. Rəsmi yolasalma mərasimi keçirilməyəcək. Cənab prezident televiziya vasitəsilə ilə müraciət edəcək. Yolasalma bu vasitə ilə həyata keçiriləcək".
 
"Olimpiadaya bir aydan az vaxt qalıb. Demək olar ki, hazırlıq prosesini başa vururuq. Qarşıdakı Olimpiya Oyunları əvvəlkilərdən fərqlənəcək. çünki bəzi problemlər var. Oyunların necə keçiriləcəyi ilə bağlı müəyyən qaranlıq məqamlar mövcuddur. Pandemiya şəraitində olimpiadanın öz tələbləri var. Elə etməliyik ki, daha sonra federasiyalar və məşqçilər hansısa məsələni onlara demədiyimizdən şikayətlənməsinlər və sabah Tokioda başımız ağrımasın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest