Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi türk əsilli italyan müdafiəçi Rayyan Baniyanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qeyd edək ki, İtaliyanın Bolonya şəhərində dünyaya gələn və anası türk olan Rayyan, "Modena" və "Verona" klublarının aşağı yaş qrupları üzrə komandalarında oynayıb. Peşəkar karyerasına "Mantova"da başlayan futbolçu, "Renate"də də icarədə oynayıb.
 
Maraqlıdır ki, "Fatih Karagümrük" yeni transferinin zədəli olduğunu da açıqlayıb. Belə ki, ayağında qırıq aşkarlanan Rayyan bu həftə əməliyyat olunacaq. Onun 3 ay sonra komandaya qoşulacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest